Amil Avey
Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu – 23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009)
== Həyatı ==
Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur.
İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970).
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980).
Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir.
2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir..
=== Vəfatı ===
2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir.
== Yaradıcılığı ==
Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır.